Qarabağ zonasında yenə də erməni hərbçilərinin cəsədləri aşkarlanır

img

19-01-2021 [12:52]


Ermənilər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən və meyitləri döyüş meydanında qalan hərbçilərin, həmçinin müxtəlif şəraitdə ölən mülki şəxslərin qalıqlarını toplamaqda davam edirlər.

Bunu “Sputnik Armeniya”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan deyib.

“Bir mülki şəxsin və bir əsgərin cəsədi Xocalı rayonunun Ballıca kəndi ərazisində tapılıb. Daha beş əsgərin cəsədi Cəbrayıl ərazisi, bir hərbi qulluqçu Sünik vilayəti Zeyvə kəndinin keçmiş inzibati ərazisində (Ermənistanın özününküləşdirdiyi Qubadlı ərazisi – Red.) tapılıb”.

Beləliklə, indiyədək döyüş bölgəsindən qalıqları tapılan ermənilərin sayı 1 246-ya çatıb.

Məlumata görə, hazırda Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində axtarış işləri davam edir. Axtarış işlərində ölənlərin yaxınları, könüllülər və ərazini tanıyan şəxslər iştirak edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA