Rəsmi Ankaradam Ermənistana daha bir mesaj: "Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz"

img

18-01-2021 [16:39]


“Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töfhə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”, - o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:37 07.03.2021

XİN yeni məlumat yaydı