Zakir Həsənov Pakistanın yeni səfiri ilə bir arada: xüsusi təyinatların birgə təlimi və daha nələr müzakirə olunub?
15-01-2021 [13:49]
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 15-də Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ona uğurlar arzulayıb.
İki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri ölkəmizə göstərilən humanitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.
Diplomat öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
B. Haye qeyd edib ki, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı səfir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.
Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu və tərəflər üçün qarşılıqlı faydalı olduğu vurğulanıb.
Türkiyədə helikopter qəzası: şəhidlərin sayı artdı, biri general olmaqla 11 hərbçi həlak olub - FOTOLAR
Türkiyədə COVİD-19: son gündə daha 11322 nəfərdə virus aşkarlanıb
ABŞ, Avropa İttifaqı və NATO Türkiyəyə 10 hərbçinin həlak olması ilə bağlı başsağlığı veriblər
İtaliyada daha 22 865 nəfər koronavirusa yoluxub
Ceyhun Bayramov: "Xəbər bizi çox kədərləndirdi..."
Agentlikdən ÜST-ə etiraz: "Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir"
“Brent” markalı neftin qiyməti 67 dolları ötüb
Avropa çempionatının vaxtı və yeri açıqlanıb
ÜST: "Azərbaycana 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb"
ABŞ-da daha 2360 nəfər COVİD-19-dan ölüb
NATO rəhbəri erməninin Qarabağla bağlı sualına belə cavab verdi: "Biz Qarabağ müharibəsində tərəf olmadıq”
Vilayət Eyvazovdan sıra baxışı: 345 nəfər seçim turunun növbəti mərhələsinə buraxıldı - FOTO
Amerikalı diplomat Qarabağdan danışdı, Baydenin Qafqazda daha aktiv olacağına işarə vurdu: "Əgər Paşinyan iqtidarda olmazsa..."
Müdafiə Nazirliyi Zəngilandan yeni görüntülər yaydı - VİDEO
Əfv Komissiyası yenidən toplandı: daha 100-dən çox müraciətə baxıldı
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında: "Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və..." - FOTO
NATO-dan rəsmi Tbilisi ilə Kiyevə mesaj: "Qapılarımız sizə açıqdır”
Bakıda məşhur oteldə toy: “Park İnn”dəki mərasimi kim təşkil edib? - DİN-dən açıqlama + VİDEO
Nazirlər Kabineti buğda idxalı ilə bağlı yeni qərar verdi
Tələbə köçürmələrinin nəticələri açıqlandı
ABŞ Səudiyyə Ərəbistanından neft idxalını 2,5 dəfə artırıb
BURAXILIŞ VƏ KOLLlECLƏRƏ QƏBUL İMTAHANLARI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Nələr olacaq?
Daha 33 obyektdə qaydalar pozulub - SİYAHI
DİN Bakıda oğurluq edən şəxslərin görüntülərini yaydı - VİDEO
Daha iki partiya YAP-a birləşmək qərarı verdi - Açıqlama
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan Premyer Liqasının oyununda karantin qaydaları pozulub
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Sabiq rektordan YAP-ın qurultayı haqda açıqlama: "Yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki..."
Bakıda yeni zavod açılacaq
Nazir: "Qarabağda öldürülən 2 min hərbçinin cəsədi tanınıb"
"İrana qarşı birtərəfli sanksiyaları dayandırin" - Ərdoğan
İmran Xan Azərbaycanı təbrik edib
AFFAi "Neftçi"ni 4 min manat cərimələyib
39 nəfərə fəxri adlar verildi - SİYAHI
Ərdoğan: “Azərbaycan yeni dövrün qapılarını açıb”
Kremldən ABŞ-a mesaj: "Rusiya bütün kimyəvi silahını məhv edib"
Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək
Şamaxıda polis əməliyyatı: saxlanılanlar var
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanla bağlı film çəkəcək
Ombudsmanın 2020-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub