Yer kürəsindəki istilik rekord həddə çatıb

img

08-01-2021 [15:32]


2020-ci ildə Yer kürəsindəki orta istilik əvvəllər rekord hədd hesab edilən 2016-cı ilin göstəricisinə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Copernicus Climate Change Service”in (C3S) bəyanatında deyilir.

Bəyanatda həmçinin 2011-2020-ci illər aralığındakı dekadanın ən isti onillik olduğu vurğulanıb.

Bundan əlavə, meteoroloqlar 2020-ci ilin Avropada ən isti il ​​olduğunu qeyd ediblər. 2020-ci il buna qədər ən isti il ​​kimi bilinən 2019-ci ildən 0,4 dərəcə daha isti keçib.

Qeyd edək ki, C3S Avropa İttifaqının himayəsi altında Kopernik Yer Müşahidəsi Proqramı (Copernicus Earth Observation Programme) tərəfindən təqdim olunan altı tematik məlumat xidmətindən biridir. “Kopernik” Avropada və digər ölkələrdə mövcud tədqiqat infrastrukturu və məlumatları üzərində qurulmuş əməliyyat proqramıdır. C3S Ümumdünya İqlim Tədqiqatları Proqramı (WCRP) tərəfindən aparılan iqlim tədqiqatlarına əsaslanır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA