Vaşinqtonda 15 günlük fövqəladə vəziyyət elan edilib - 52 nəfər həbs olunub

img

07-01-2021 [10:35]


Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.

"NBCNews" kanalının verdiyi xəbərə görə, bu barədə Kolumbiya ştatının meri Myuriel Bauzer bildirib.

Fövqəladə vəziyyətin daha 15 gün uzadıldığını vurğulayan mer qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qəzəb və şiddətə heyrandır.

Daha əvvəl şəhərdə saat 18:00-06:00 (yerli vaxtla) komendant saatı elan olunub.

Vaşinqtonun polis rəisi isə bildirib ki, Prezident D. Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib.

Xatırladaq ki, hazırkı Prezident D. Trampın tərəfdarları yeni seçilmiş Prezident Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmaq üçün oraya hücum edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA