Paşinyan 44 günlük müharibədən yazdı, Koçaryan-Sarkisyan cütlüyünü ittiham etdi: "Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq"
05-01-2021 [23:58]
Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb.
Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır.
Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur.
Paşinyan etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib.
Ermənistan baş naziri qeyd edir ki, Azərbaycan bölgədəki prosesləri diqqətlə izləyib və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacarıb: "2011-ci ildə keçmiş prezident Serj Sarkisyan 7 rayonu Azərbaycana qaytarmağa razı idi, lakin Dağlıq Qarabağa status verilməməsi ilə bağlı Azərbaycanın qəti mövqeyinin olduğuna görə Kazan formulu baş tutmadı".
Özündən əvvəlki hakimiyyətdə olanları ittiham edən Paşinyan bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib:
"Hələ 1996-cı ildəki Lissabon sammitində Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə saldı. Bu sammit Ermənistanın dünyada tək qalmasının əyani nümunəsidir".
Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edən Paşinyan bildirir ki, Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etsə də, hər şey üçün artıq gec idi.
Məqalədə ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribatdan söz açan Nikol Paşinyan “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini bildirir: "Lakin həmin vaxt Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq".
Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini qeyd edir.
Beləliklə, bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə, bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır/Teleqraf
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ