Azərbaycanda daha 802 nəfər koronavirusa yoluxub, 31 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

05-01-2021 [16:35]


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 31 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA