Azərbaycanda COVİD-19: hansı bölgələrdə daha çox koronavirus yayılıb? - Statistika

img

05-01-2021 [14:57]


Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Mia.az "koronavirus.info"ya istinadla xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.1 faiz, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə  isə ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA