Dünya 2021-ci ildə gözləyən risklər: COVİD-19, Baydenin seçimi, iğtişaşlar...

img

05-01-2021 [09:37]


“Eurasia Group” analitik mərkəzi dünyanın 2021-ci ildə qarşılaşacağı risklərin reytinqini dərc edib.

"RİA Novosti” xəbər verir ki, ilk sırada “bölünmüş Amerika” qərarlaşıb. Analitiklər hesab edir ki, Co Baydenin iqtidara gəlməsi ilə Birləşmiş Ştatların sakinlərinin təxminən yarısı hər növbəti dövlət başçısını qeyri-qanuni yolla seçildiyini hesab edəcək.

İkinci əsas risk COVID-19 pandemiyasıdır. Mütəxəssislər hesab edir ki, peyvəndin vurulması fonunda cəmiyyətin varlı və kasıb təbəqələrə bölünməsi daha da artacaq və bu da bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.

Siyahıda üçüncü yeri beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə tutur.

İlin əsas riskləri arasında rəsmi Vaşinqton və Pekin arasında mövcud olan münasibətlərdəki artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal bir qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatında problemlər, neftin ucuzlaşması fonunda Orta Şərq ölkələrində iqtisadi tənəzzül, Almaniya kansleri Angela Merkelin gözlənilən istefası və Latın Amerikasının bəzi ölkələrində pandemiya və seçki səbəbi ilə baş verəcək siyasi və sosial böhran/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA