Rusiya MN-dən Hadrutdakı təxribata reaksiya: "Məlumat yoxlanılacaq"

img

29-12-2020 [09:13]


Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Hadrut ərazisində atışmanın baş verməsi haqqında informasiyanı yoxlayacaqlar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda atəşin dayandırılmasının rejiminə bütün təmas xətti üzrə riayət edilir.

Tərəflər üzrə barışıq mərkəzi 27 dekabr 2020-ci il tarixdə Tuğ ərazisində avtomat silahların istifadə barədə məlumatları yoxlayır.

Nazirlikdə xatırladıblar ki, dekabrın 28-də əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Kosmik Hava Qüvvələrinin helikopteri ilə iki əsir Bakıya çatdırılıb. Həmçinin Ermənistana dörd əsir qaytarılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA