Baş nazir daha bir qərar imzaladı

img

28-12-2020 [20:14]


Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun tətbiqi ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Qeyd edilən qanunlara edilmiş dəyişikliklərə əsasən, “əlil” sözü “əlilliyi olan şəxs” sözləri, “qüsur” sözü “pozuntu” sözləri ilə əvəz edilib.

Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə”, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA