Rəsmi Ankaradan Qarabağla bağlı daha bir mesaj: "Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var və..."

img

28-12-2020 [15:49]


"Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var. Regional məsələlərlə bağlı fərqli mövqedə olasaq da, Rusiya ilə bu sahədə də iş birliyimiz mövcuudur. Suriya məsələsində də fərqli tərəflərdə olmağımıza baxmayaraq Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir".

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Deyə bilərəm ki, Liviya məsələsində də fərqli mövqedəyik, amma orada atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir", - o, vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla sabah Soçidə keçirəcəyi görüşdə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəklər.

“Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır. Bununla bağlı gələcəkdə atılacaq addımları nəzərdən keçirəcəyik”-. M.Çavuşoğlu bildirib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA