Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi" 

img

27-12-2020 [18:21]


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri cənab Pervez Xattaka və Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, başsağlığında deyilir: “Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA