Xarici ölkə universitetlərinin diplomlarının Azərbaycanda tanınması... - Hökumət qərar verdi
25-12-2020 [19:09]
Nazirlər Kabineti “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”ni təsdiq edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği aşağıdakı kimidir:
|
Sıra №-si |
Xidmətin adı |
Ödənilən haqqın məbləği (manatla) |
|
1. |
Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi |
250 |
|
2. |
Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi |
20 |
Bildirilib ki, “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir və həmin mərhələnin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.
Tanınma prosedurunun ikinci mərhələsi müraciətlərin baxılması mərhələsidir. Tanınmanın növündən asılı olaraq müxtəlif xərclərin (beynəlxalq ekspertlərin cəlb olunması və həmin ekspertlər tərəfindən yerli ekspertlərə təlimlərin keçirilməsi imkanlarının yaradılması məqsədilə əlavə maliyyə ehtiyaclarının ödənilməsi, peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə minimal səviyyədə uyğunluğunun müəyyən edilməsi məqsədilə sınaq yoxlamalarının təşkili xərclərinin ödənilməsi və s.) qarşılanması tələb olunur.
Digər tərəfdən tanınma ilə bağlı xidmətlərin göstərilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əməkhaqqı xərclərinin (o cümlədən cəlb edilən ekspertlərin) toplanılan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur.
Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün xidmətin haqqı 20 manat məbləğində müəyyən edilmişdir.
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...