Azərbaycanda daha 1850 nəfər koronavirusa yoluxub, 40 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

24-12-2020 [17:04]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 40 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA