ƏLİ ƏSƏDOV HÖKUMƏT ÜZVLƏRİNİ TOPLADI: nələr müzakirə olunub? + FOTOLAR

img

21-12-2020 [21:08]


Bu gün Baş nazir və Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Miaa.z xəbər verir ki, müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə olunub və qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA