MN: "Hərbi polis dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir"

img

21-12-2020 [18:35]


Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarındakı stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təşkil edir:

"Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirir, əraziyə daxil olan texnikanın uçotunu aparır, mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, həmçinin kolonların müşayiətini təmin edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA