Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi Azərbaycanda istehsal oluna bilər

img

21-12-2020 [16:48]


 Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi Azərbaycanda istehsal oluna bilər.

Bu barədə Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri, “R-Farma”nın yaradıcısı və direktorlar şurasının sədri Aleksey Repik bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində Azərbaycan nümayəndələri ilə “Sputnik V” peyvəndinin bu ölkədə istehsalı, eləcə də “Sputnik V”-nin “AstraZeneca” peyvəndi ilə kombinə olunmuş şəkildə klinik sınağı məsələlərini müzakirə edəcəklər.

“Proqram təkcə Rusiyada deyil, bir sıra ölkələrdə buraxılacaq. İndi biz kilinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycana uçuruq. Yaxın Şərq, MDB-nin digər ölkələri də bu fəaliyyətə qoşula bilər”, - deyə A. Repik “Rossiya 24” kanalına müsahibəsində qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA