Qarabağda itkin düşən erməni əsgərinin anası: "Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin?"
21-12-2020 [16:09]
İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin valideynləri paytaxt Yerevanda yenidən aksiya keçiriblər.
Bu barədə məlumatı “24 News” yayıb.
Övladı barədə heç bir məlumat ala bilməyən bir ananın aksiyadakı çıxışı diqqəti cəlb edib. O, jurnalistlərə Azərbaycana təslim olacağını açıqlayıb: “Bəs bilmirdiniz ki, azərbaycanlı əsgərlərin meyitlərini traktor ilə quyuya atarkən sizinlə də eyni cür davrana bilərlər? KİV, bu məsələdə siz də günahkarsınız. İndi isə azərbaycanlılar deyirlər ki, necə basdırıbsansa, eləcə də bir-bir çıxar və yalnız bundan sonra mən sənə əsirləri və əsgərlərin meyitlərini qaytaracağam. Görün, azərbaycanlılar necə tələbkardırlar. Onlar övladlarının meyitini axtaranları (erməni valideynləri nəzərdə tutulur – “Report”) traktorçunu tapıb həmin yeri qazmağa məcbur ediblər. Bax, ölkə belə olmalıdır. Mən gedib Azərbaycana təslim olacağam. Azərbaycanlılar mənə toxunmayacaq. Siz isə mənim Azərbaycana necə təslim olmağımı dünya üçün çəkməlisiniz. Çəkməyə gəlməsəniz, demək, siz də satqınsınız. Dünən Paşinyana Gorisdə dedim ki, bu gün Azərbaycana təslim olacağam. Mənim qərarımı o da bilir. O bu gün cavab verməlidir”.
Övladını itirmiş ananın sözlərinə görə, erməni analarına yalnız Azərbaycan Prezidenti İlham Əliyev kömək edə bilər:
“Bu qoyunlar analar qarşısında qapıları bağlayırlar, bizimlə hesablaşmırlar. Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin? Əgər o, mənim səsimi eşitsə, əlimdən tutub deyəcək ki, gəl birlikdə oğlunu tapaq. Mən buna əminəm. Əgər sizin imkanınız varsa, İlham Əliyevə övladlarımızı tapmaq üçün bizə təyyarə göndərməsini çatdırın. Əgər o, bu xəbəri eşitsə, mütləq yardım edəcək. Buna əmin olun. Bizə ondan başqa heç kəs kömək edə bilməz”.
O, Ermənistan rəhbərliyini və müxalifəti lənətləyib: “Bu insanlar heç nə edə bilmirlər. Bunu övladlarını itirmiş analar qrupunun adından bildirirəm. Bu qrup ötən gün Gorusda olub, orada bizə heç kim heç nə demədi. Sadəcə dedilər ki, gedin, əgər məlumat olarsa, biz sizə xəbər edəcəyik. Lənət olsun belə hakimiyyətə də, müxalifətə də!”.
Report
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək