Putindən Qarabağla bağlı daha bir açıqlama: "Sülhməramlılar hərbi əməliyyatların dayandırılmasına dair..."

img

21-12-2020 [14:58]


Noyabrın 10-dan Rusiya sülhməramlıları Dağlıq Qarabağda mürəkkəb missiya icra etməyə başlayıblar.

Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya İclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa riayət olunmasının qarantı olub: “Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, qaçqınlara yardım, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpası, tarixi-dini abidələrin qorunması üçün çox şey edirlər. Həyatlarını riskə atırlar. Təəssüflər olsun ki, itkisiz olmur. Onlar həyatlarını riskə atırlar ki, bu torpaqlara dinc həyat qayıtsın”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA