İtaliyalı alim: “Mutasiya koronavirusun zəifləməsinə gətirib çıxrarır”

img

21-12-2020 [14:03]


“Yeni növ koronavirusun mutasiyaları uzunmüddətli perspektivdə onun zəifləməsinə gətirib çıxarır”.

“RİA Novosti” xəbər verir ki, bunu koronavirusun mutasiyalarını təhlil edən beynəlxalq alimlər qrupuna rəhbərlik edən Roma Biotibbi Universitetinin Epidemioloji statistika şöbəsinin müdiri Massimo Çikkotsi “La Stampa” qəzetinə açıqlamasında deyib.

Bildirilib ki, təkcə İtaliyada koronavirusun 13 mutasiyası qeydə alınıb. Onlar yoluxmanın artmasına səbəb ola bilər, lakin patogenliyə təsir etmir.

“Ştamma görə yoluxma dərəcəsi dəyişsə də, bu günə qədər onun orqanizmin daxilindəki davranışında və ötürülmə üslubunda fərqlilik müşahidə olunmayıb. Hər bir mutasiya immunitet sistemi tərəfindən diktə edilir. Başqa sözlə, virus orqanizmə uyğunlaşaraq antikorları aldatmağa çalışır, amma virus nə qədər çox mutasiyaya uğrayırsa, bir o qədər sürətlə gücünü itirir və nəticədə yox olur. Bunun üçün yalnız vaxt lazımdır, amma nə qədər vaxt, bax, bunu bilmirik”, - mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, mutasiya, o cümlədən “Britaniya” ştammı peyvəndlərin effektivliyini təsir etmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA