Yerevanda Paşinyanın müşaviri və tərəfdarlarının iştirakı ilə toqquşmalar olub - VİDEO

img

19-12-2020 [21:57]


Ermənistanın paytaxtı Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.

Ermənistan mətbuatı xəbər verir ki, kütləvi davanın Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə panteona baş çəkən vətəndaşlar arasında baş verdiyi bildirilir.

“Hraparak.am”da yerləşdirilən videomaterialda dava iştirakçıları arasında Nikol Paşinyanın müşaviri Robert Qukasyanın da yer aldığı əks olunub.

Qeyd edək ki, bu gün “Yerablur”da Qarabağ müharibəsi iştirakçıları və müharibədə həlak olanların yaxınları toplaşıb. Onlar bildiriblər ki, Paşinyanın “Yerablur”a daxil olmasına imkan verməyəcəklər. Narazılar baş naziri "Satqın Paşinyan" şüarları ilə qarşılayıblar. Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub. Polis əməkdaşları müharibə iştirakçılarını, ölən hərbçilərin yaxınlarını və Paşinyana qarşı etiraz edən başqa vətəndaşları sıxışdırıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA