Ermənistanda təhsil dayandırılır - Kütləvi vətəndaş itaətsizliyi başlayır

img

19-12-2020 [18:23]


"Həftinin ikinci günündən ümumermənistan üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

“Novosti Armeniya” xəbər verir kir, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb: “Dekabrın 22-də saat 12.00-da Respublika meydanınında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA