ABŞ-da COVID-19 peyvəndlərinin mənfi reaksiyaları aşkarlanıb

img

19-12-2020 [17:17]


ABŞ-ın İllinoys ştatında yerləşən xəstəxana dörd əməkdaşında ürək döyüntülərinin artması və iynələnmə hissləri də daxil olmaqla, mənfi reaksiyalar aşkarlandığından sonra işçiləri üçün koronavirus peyvəndlərinin vurulmasını dayandırıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Qeyd olunur ki, üç işçi ambulator yardım alacaq, dördüncüsü isə xəstəxanaya yerləşdirilib.

Rəsmi açıqlamaya görə, Çikaqodan təxminən 62 kilometr şimalda yerləşən “Advocate Condell” tibb mərkəzi təhlükəsizlik səbəbi ilə işçilərinə “Pfizer” peyvəndi vurmağı müvəqqəti dayandırıb. Eyni zamanda tibb mərkəzinin digər filialları, o cümlədən İllinoysda 8, Viskonsində 3 filial fasiləsiz vaksinasiyaya davam edib.

Tibb mərkəzindən bildirilib ki, ümumilikdə üç min işçiyə peyvənd vurulub və yalnız dörd nəfərdə mənfi reaksiya qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA