Azərbaycanda daha 3962 nəfər koronavirusa yoluxub, 45 nəfər vəfat edib -  Qərargah son məlumatı yaydı

img

18-12-2020 [16:40]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 031 308 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA