AKARDAN YENİ AÇIQLAMALAR: "Qarabağın bir qismində ermənilər hələ də qalır, ruslar iddia edirlər ki..." -  "Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır”

img

18-12-2020 [10:02]


“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyəti Azərbaycana göndərilib: "Onlar həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Qarabağda atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”.

H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.

Akar bildirib ki, Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır: "Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA