BMT-nin Nyu-Yorkdakı qərargahı bağlanıb

img

17-12-2020 [23:34]


Nyu-Yorkun İst-River çayının sahilində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi qərargahı, əvvəlki gün şəhərə yağan qar səbəbiylə bağlanıb.

“TASS”-ın məlumatına görə, təşkilatın bütün işçilərinə və diplomatlarına göndərilən mesajda deyilir ki, BMT-nin qərargahı qar fırtınası səbəbindən 17 dekabrda bağlanacaq. İşçilər və nümayəndə heyətlərinə 18 dekabr, cümə günü iş saatları ilə bağlı əlavə məlumat veriləcək.

Binanın bağlanması səbəbindən BMT Baş Məclisinin Beynəlxalq Cinayət Məhkəməsinin işi ilə bağlı plenar iclası ləğv edilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının əksər iclasları da daxil olmaqla bir çox tədbir hələ də video formatında keçirildiyi üçün qrafikə uyğun olaraq baş tutacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA