PUTİN QARABAĞIN STATUSUNDAN DANIŞDI: "Müharibənin kənardan müdaxilə ilə..."

img

17-12-2020 [16:15]


“Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağda müharibənin niyə məhz indi baş verməsi barədə suala cavabında bildirib.

Putin Dağlıq Qarabağ münaqişəsi zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb/APA.

Putin daha sonra Qarabağın statusundan danışıb.

Deyib ki, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. O qeyd edib ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir.

 Putin Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib.

O, atəşkəsin bundan sonra pozulmayacağına ümidvar olduğunu vurğulayıb: “Ümid edirəm ki, digər ölkələr və beynəlxalq təşkilatlar da Qarabağ məsələsində kömək edəcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA