PUTİN BRİFİNQDƏ: “Ərdoğan sözünü tutan adamdır, kişidir”

img

17-12-2020 [15:48]


“Ərdoğan sözünü tutan adamdır, kişidir”. 

Bunu bu gün Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışında deyib. 

“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil?” sualına cavab verən Rusiya Prezidenti tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Bizim Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA