Təbrizdə "Səttərxan"ın adını daşıyan metro stansiyası istifadəyə verilib

img

17-12-2020 [15:32]


İran prezidenti Həsən Ruhani dekabrın 17-də videokonfrans formatında Təbriz Metropoliteninin daha dörd yeni stansiyasının açılışında iştirak edib.

Məlumatı Səhər TV yayıb.

Stansiyalar “Sərdare Milli” (Səttərxan), “İmam Hüseyn”, “Şəhid Baqiri” və “Nur” adlanır.

Yeni stansiyalar Təbriz metrosunun birinci xəttinin təkmilləşdirilməsi işləri çərçivəsində tikilib.

Qeyd edək ki, dörd əsas və bir kənar xəttə aid olan beş xəttdən ibarət Təbriz metrosunun uzunluğu yüz kilometrdir. Hazırda birinci xəttin birinci və ikinci blokundan istifadə edilir. “El Gölü” stansiyasından “Saat Meydanı” stansiyasınadək uzanan bu blokların uzunluğu bütövlükdə on bir kilometrdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA