Gürcüstanda yaşayış icazəsi almaq imkanları məhdudlaşdırılacaq

img

17-12-2020 [14:09]


Xarici ölkə vətəndaşlarının Gürcüstanda yaşayış icazəsi almaq imkanları məhdudlaşdırılacaq.

Bu barədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə bildirilib.

Hökumətin təşəbbüsü ilə hazırlanan və parlamentə təqdim edilən sənədə əsasən, icazə almaq imkanı yalnız əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşağı və onun valideyninə veriləcək.

Düzəlişlərdə qeyd olunub ki, Gürcüstana vizasız daxil olmaq və qalma hüqununa malik ölkələrin vətəndaşı olan şəxslər də yaşayış izni ala biləcəklər.

Layihəyə əsasən, xarici ölkə vətəndaşının Gürcüstanda cinayət törədəcəyi halda onun ölkədə yaşayış hüququ məhdudlaşdırılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA