Vilayət Eyvazov polkovnik və mayora yeni vəzifələr verdi - DYP-də növbəti dəyişikliklər

img

17-12-2020 [09:01]


Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

Mia.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA