Minsk Qrupu həmsədrləri birgə bəyanat yaydı - Qarabağla bağlı
15-12-2020 [09:15]
ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.
Bəyanat ATƏT-in rəsmi saytına yer alıb.
Bəyanatda deyilir:
"Fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer 12 və 13 dekabrda Bakıya, 13 və 14 dekabrda İrəvana səfər ediblər. Bakıda onları Prezident İlham Əliyev qəbul edib və xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər. İrəvanda onlar Baş nazir Nikol Paşinyan tərəfindən qəbul ediliblər və xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiya Federasiyasını Bakıdakı Rusiya səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib. Həmsədrlər, həmçinin BQXK və BMT-nin bölgədə fəaliyyət göstərən agentliklərinin nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərə qatılıb.
Hər iki paytaxtda tərəflər yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı işlə bağlı öz gözləntilərini ifadə ediblər. Yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər. Həmsədrlər keçirilmiş görüşlər zamanı tərəflər arasındakı gələcək müzakirələr üçün qaldırılan məsələlərə dair konkret təkliflər təqdim etməyə də vəd veriblər.
Həmsədrlər son vaxtlar itki ilə nəticələnən hadisələr barədə məlumatları qeyd edərək, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiya halında qalanların müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırış ediblər.
ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin 3 dekabr tarixli Tiranadakı bəyanatını xatırladan həmsədrlər, qalan bütün əsas maddi məsələlərin hərtərəfli və davamlı həllinə tərəfdar olduqları barədə vahid mövqelərini təkrarlayıblar. Həmsədrlər və tərəflər daha müsbət bir mühit yaratmaq üçün iltihab ritorikasının azaldılmasının vacibliyini vurğulayıblar. Həmsədrlər və tərəflər münaqişədən təsirlənən əhaliyə humanitar yardımın təşviqi, habelə mədəni və dini irsin qorunması üçün beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyini vurğulayıblar"/APA.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək