Fransa və ABŞ-dan olan həmsədrlər Nikol Paşinyanla görüşüb

img

14-12-2020 [17:39]


ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endryu Şofer İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Ermənistan baş nazirinin ofisi  görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli məqsədi ilə Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların davam etdirilməsini zəruri hesab etdiyini deyib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA