Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin fəaliyyətə başlaması üçün tədbirlər görülməkdədir”

img

13-12-2020 [14:12]


“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün hər iki ölkə arasında qəbul edilmiş memoranduma uyğun olaraq Azərbaycan və Rusiya ilə koordinasiya şəraitində lazım olan tədbirlər görülməkdədir”.

Bunu Türkiyə Müdafiə Nazirliyinin (MN) həftəlik yayınlanan görüntülü mətbuat bülletenində nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop bildirib.

Ş. Aktop deyib ki, Ermənistan işğalından azad edilən Azərbaycan torpaqlarının minalanmış ərazilərini təmizləməyə kömək məqsədilə Türkiyənin Xüsusi Mina Axtarma-Təmizləmə (ÖMAT) Birliyi tərəfindən azərbaycanlı hərbçilərə xüsusi təlimlər keçirilir:  

“Azərbaycanın 44 gün qətiyyətlə, rəşadətlə davam edən mübarizəsi nəticəsində qazandığı zəfəri bir daha təbrik edirik. Türkiyə olaraq  “İki dövlət bir millət” anlayışı ilə bu günə qədər kədərində də, sevincində də yanında olduğumuz can qardaşlarımıza dəstəyimiz bundan sonra da davam edəcək”. 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılması ilə bağlı qərar verilib. Mərkəz Ağdamda fəaliyyət göstərəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA