Ərdoğan: “Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq"

img

12-12-2020 [13:01]


“Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın “neytral ölkə” statusunu əldə etməsinin 25 ildönümünə həsr edilən konfransa göndərdiyi videomesajında bildirib.

“Türkmənistanın Əfqanıstanda davamlı sülhə nail olunmasındakı rolundan və “Asiyanın Qəlbi” – İstanbul Prosesinə verdiyi töhfələrdən böyük məmnuniyyət duyuruq. Türkmənistanın həm Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığını, həm də bu bölgə xaricində dövlət və beynəlxalq təşkilatlarla apardığı dialoqlarda aktiv iştirakını təqdir edirik”, - dövlət başçısı vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA