İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı - Etiaz

img

11-12-2020 [23:24]


İranın Ankaradakı səfiri Məhəmməd Ferzamend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Anadolu” agentliyi xəbər verir ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə olunub.

Səfirə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin tvit paylaşımına, sonra isə Türkiyənin Tehrandakı səfiri Derya Örsün İranın Xarici İşlər Nazirliyinə çağırılmasına, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana yönələn əsaslandırılmamış iddiaların ortaya atılmasına və beləliklə İranda Türkiyəyə yönəlik nifrət kampaniyasına başlanılmasına narazılıq ifadə edilib.

Bildirilir ki, Türkiyə XİN İran tərəfindən irəli sürülən iddiaları rədd edib. Rəsmi Ankara İranın XİN başçısı Məhəmməd Cavad Zərifin tvitter ilə Türkiyəni hədəf seçməsinin qəbul edilməyəcəyini vurğulayıb.

Bundan əlavə, bu yanaşmanın Türkiyə ilə İran arasındakı yaxın münasibətlərə də uyğun olmadığı və münasibətləri pozmaq istəyən dairələrin maraqlarına xidmət etdiyi vurğulanıb/Report.

Xatırladaq ki, Ərdoğanın Bakıda paradda səsləndirdiyi şeir rəsmi Tehranın narazılığına səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA