"Əminəm ki, bu 44 günün pərdə arxası yazılacaq" - Ərdoğan

img

11-12-2020 [14:05]


"Qarabağ zəfərini gətirən 44 günlük mübarizə boyunca Türkiyə anbaan Azərbaycanın yanında oldu. Mən davamlı olaraq şəxsən prosesi izlədim”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Başda xarici işlər nazirimiz, milli müdafiə nazirimiz, Milli Kəşfiyyat Xidmətinin rəisi və digər rəsmilərimiz əlaqələri daima diri tutdular. Bununla bərabər, digər qruplarımız oraya gedib-gəlməklə, prosesi yaxından izlədilər. Qardaşım İlham Əliyevlə mütəmadi olaraq telefon danışıqlarını həyata keçirdik. Meydanda və diplomatiya masasında gərgin bir mübarizə verildi. Əminəm ki, bu 44 günün pərdə arxası yazılacaq. Zaman bu işin çox ciddi bir şahidi olacaq”, - deyə Ərdoğan vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA