Ərdoğan: "Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" - "İlham Əliyev Makronun planlarını alt-üst etdi"

img

11-12-2020 [13:31]


"Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir”.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə müküfatlanıb”, - Türkiyə lideri vurğulayıb/Report.

O bildirib ki, Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb: "İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq".

Ərdoğan deyib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir: "Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər".

R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə bağlı mövqeyinə də diqqət çəkib: “Cənab İlham Əliyev mövqeyi ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi. Makron, bəlkə də, Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi savadsızlıqdır”.

Ərdoğan daha sonra Rusiya sülhməramlı qüvvələri ilə bağlı açıqlama veribb: “Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq. Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdim. Onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar. Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA