BMT rəsmisi: "Dağlıq Qarabağa missiya göndərmək istəyirik"

img

10-12-2020 [22:52]


BMT Dağlıq Qarabağa öz missiyasını göndərmək niyyətini saxlayır və bütün tərəfləri missiyanın regiona ən qısa zamanda gəlməsi üçün əməkdaşlığa çağırır.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də BMT-də bildiriblər ki, region sakinlərinin ehtiyacına görə beynəlxalq missiya dekabrın əvvəlində Dağlıq Qarabağa gəlməlidir, ancaq bu, hələlik reallaşmayıb.

"Mən deməzdim ki, hansısa maneələr var”, - Dujarrik qeyd edib: “Detallar hələ işlənilir".

"Qeyd etdiyim kimi, biz münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və başqa departamentlərdəki həmkarlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər", - deyə o, əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA