Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv edilir - Çavuşoğlu açıqladı

img

10-12-2020 [19:39]


Azərbaycan və Türkiyə vətəndaşları ölkələrini sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, - o, qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA