Nazirlər Kabinetindən kommersiya hüquqi şəxslərlə bağlı qanuna - Dəyişiklik
10-12-2020 [17:57]
Nazirlər Kabineti “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə, qiymətli kağız mülkiyyətçiləri barədə məlumat isə Milli Depozit Mərkəzinin İnformasiya Sistemi vasitəsilə verilir.
Məlumatların vahid informasiya sistemi ilə deyil, ayrı-ayrı informasiya sistemləri vasitəsilə təqdim olunduğunu nəzərə alaraq, qeyd olunan proseduru tənzimləyən qaydaları özündə əks etdirən başqa bir hüquqi akta zərurət olmadığından informasiya sistemləri haqqında əsasnamə Qaydadan çıxarılıb.
Eyni zamanda, Qaydaya əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində elektron ərizə forması doldurulmalı idi. Belə ərizə formasının təsdiq edilməsinə zərurət olmadığını nəzərə alaraq qaydaya müvafiq dəyişiklik edilib.
Həmçinin monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin nominal saxlayıcı hesablarında olan benefisiar mülkiyyətçilərə dair məlumatlarla bağlı sorğularının 7 iş günü müddətində cavablandırılması müəyyən edilib.
Dəyişiklik idarəçiliyin sadələşdirilməsi, asanlaşdırılması və proseslərin sürətlənməsinə xidmət edir.
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək