Azərbaycanda daha 4219 nəfər koronavirusa yoluxub, 38 nəfər ölüb - Qərargah son məlumatı yaydı

img

10-12-2020 [16:51]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, bu günə qədər isə ümumilikdə 1 902 584 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA