Bakıda Zəfər paradı: paytaxt küçələrində izdiham - VİDEO

img

10-12-2020 [11:29]


Bakı Zəfər paradına hazırdır. İnsanlar saat 12:00-da başlayacaq paradı izləmək üçün paytaxt küçələrinə toplaşır.

Mia.az Musavat.com-a istinadla istinadən xəbər verir ki, paradı izləmək üçün toplaşanlar Milli Park ərazisinə buraxılmır. Polis əməkdaşları insan sıxlığının qarşısını almağa çalışır.

Ən böyük izdiham isə "Sahil" metrostansiyası yaxınlığındadır. Yüzlərlə qazi də paradı izləmək üçün buraya toplaşıb. Paradı izləməyə gələnlər qazilərlə xatirə şəkilləri çəkdirirlər.

Qeyd edək ki, Azadlıq meydanı istiqamətinə gələn avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Paradı izləməyə gələnlər yolun əsas hissəsini piyada qət etməli olurlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA