Prezidentin köməkçisi: "Heç bir səhiyyə sistemi limitsiz deyil"

img

08-12-2020 [15:23]


“Biz ilk dalğlaradan, təbii ki, bir çox şeyləri öyrəndik, dövlət və səhiyyə qurumları tərəfindən bir çox addımlar atılıb. Modul tipli xəstəxanaların yaradılması, xaricdən həkimlərin gətirilməsi və s. deyə bilərik”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Lakin heç bir səhiyyə sistemi limitsiz deyil. Həkimlərimiz çox gərgin bir şəraitdə fəaliyyət göstərir. Onlar da bir cəbhədədirlər və biz bu cəbhədə onlara köməklik göstərməliyik”, - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA