Bu gün Ermənistanda vətəndaş itaətsizliyi aksiyası keçiriləcək

img

08-12-2020 [10:37]


Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan vətəndaş itaətsizliyi aksiyasına başlayır.

Məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, həmin təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-dək möhlət verib. Ancaq müxalifət hesab edir ki, N.Paşinyan onların irəli sürdüyü ultimatumu qəbul etməyəcək. Ona görə də həmin siyasi qüvvələrə Ermənistanı iflic vəziyyətinə salmağı planlaşdırıblar.

Onlar saat 12-dən sonra paytaxt Yerevanın müxtəlif küçələrini bağlayıb, şəhərdə nəqliyyatın hərəkətini iflic edəcəklər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA