Baş infeksionistdən xəbərdarlıq: "Epidemioloji durum son həftələr pisləşməkdə davam edir"
08-12-2020 [10:13]
"Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır".
Mia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar: "Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanları da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq".
Mütəxəssis evdə nəzarət prosesinə nələrin daxil olduğunu da açıqlayıb: "Virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir. Bu, bir çoxlarında belə təəssurat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə, tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyyələr alaraq bunları icra edirlər. Təbii ki, bu tövsiyyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər. Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyyələri icra etməlidir. Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır".
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli