"Bu cür yanaşma Cənubi Qafqazın haqqıdır və..." - Lavrov Bakı ilə İrəvan arasında birbaşa təmasla bağlı sualı da cavablandırdı
07-12-2020 [17:49]
“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi: “Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək”.
Rusiya XİN başçısı bildirib ki, üçtərəfli bəyanatın imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli əsasda, erməni və Azərbaycan xalqlarının maraqları çərçivəsində uzunmüddətli və dayanıqlı nizamlanması üçün bütün lazımi şəraiti yaradır:
“Biz bir aya yaxındır ki, atəşkəsə riayət olunmasından məmnunuq. Qaçqınlar qayıdır. Həlak olanların cəsədlərinin və hərbi əsirlərin mübadiləsində, itkin düşənlərin axtarışında hərəkətlilik var. Bu kimi kəskin humanitar məsələlər tez bir zamanda həll olunmalıdır. Biz bərpa prosesində, iqtisadiyyat və infrastrukturun, səhiyyə sisteminin bərpa olunmasında maraqlıyıq. Ümumilikdə dinc həyatın təmin olunması Dağlıq Qarabağ ərazisində ermənilərlə azərbaycanlılar arasında olduğu kimi, dövlətlərarası planda da mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək edərdi. Bu, regionda yaşayan xalqların və ölkələrin rifahı naminə inam və əməkdaşlıq atmosferinin formalaşmasına da yardım edərdi. Əminik ki, müxtəlif dinlərin nümayəndələri, müxtəlif millətlər və fərqli inanclı insanlar harada olmasından asılı olmayaraq, sülh və təhlükəsiz şəraitində yaşamalıdır. Bu cür yanaşma Cənubi Qafqazın haqqıdır və biz buna hər cür dəstək verəcəyik”/APA.
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var