DAHA BİR İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: İcra başçısının həbsi xəbəri yayıldı

img

07-12-2020 [12:29]


Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.

Mia.az Report-a istinadla xəbər verir ki, saxlanılanlar var.

APA-nın məlumatına görə, saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

Əlavə məlumat veriləcək.

Bu barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.

Xatırladaq ki,  Namiq Rəsul oğlu Zeynalov 2018-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Onu da qeyd edək ki, yeni başçı bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA