Ermənistanın keçmiş Prezidenti: “Həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək təxribat deyilsə, nədir?!"
05-12-2020 [10:57]
“Son bir ayda mətbuatı izlədiyim üçün yeni heçnə deməyəcəyəm. Praktik olaraq hər şey artıq deyilib, bunun niyə baş verdiyini anlamaq üçün sadəcə ümumiləşdirmək olar. Birincisi, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı”.
Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan “5”ci kanala müsahibəsində deyib.
“Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”-deyə o, bildirib.
Robert Koçaryan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən Tavuş döyüşləri də Ermənistan tərəfindən başladılıb.
“Bu döyüşlər bizim tərəfimizdən başladıldı. Baş qərargah rəisi 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzəsindən bir ay sonra müharibəyə başlamaq, bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək - bu təxribat deyilsə, nədir?.
Digər tərəfdən vəziyyət elə inkişaf etdi ki, Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etmək şansından məhrum oldu, ona görə də yalnız bir çıxış yolu var idi - müharibə. Bu cür hərəkətlər ancaq güclü olduğun zaman keçərlidir, müəyyən nüanslar təkzib edilir. Lakin belə deyil. Resurslar, əhalinin sayı, büdcə və ÜDM istənilən səviyyədə deyil. Yenə deyirəm, səlahiyyətli şəxslərimiz müharibəni qaçılmaz etmək üçün əllərindən gələni etdilər”/Report.
Robert Köçəryan “5-ci kanal”a müsahibəsində Qarabağdakı döyüşlərdən də danışıb: "Ordu rəhbərliyi oktyabrın əvvəlində birbaşa Nikol Paşinyanın göstərişi ilə cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi, hansı ki, bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi. Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri və Stepanakert alayı darmadağın edildi. Bundan sonra bizim səmərəli müdafiəni təmin edə biləcək döyüş qabiliyyətli bölmələrimiz yox idi”.
Köçəryanın sözlərinə görə, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi: “Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadruta, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.
Köçəryan deyib ki, cəbhənin digər yerlərində müdafiəni saxlaya biliblər: “Azərbaycan niyə barışığa razılıq vermirdi? Çünki ordusu hər gün irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz”.
Köçəryan əmindir: bütün yanlış qərarları bir adam qəbul edib. Onun fikrincə, müharibədə xalq yox, baş nazir, onun komandası və ümumilikdə apardığı siyasət uduzub: “Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.
Mia.az
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli